Lənkəranda ana ilə qızını evdə vəhşicəsinə döydülər - BİRİ XƏSTƏXANADA ÖLDÜ

Lənkəranda ana və qızı yaşadığı evdə vəhşicəsinə döyülüb. APA TV-nin cənub bürosunun məlumatına görə, döyülərək kəllə-beyin travması alan qadınlardan biri xəstəxanada dünaysını dəyişib.

Hadisə rayonun Liman şəhəri ərazisində baş verib. Məlumata görə, 68 yaşlı Humay Qarayeva və qızı 45 yaşlı Samirə Miriyeva yaşadıqları evdə naməlum şəxslər tərəfindən döyülüb. Döyülən hər iki qadın müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, kəllə-beyin travması alan S.Miriyevə orada dünyasını dəyişib.

Xəstələri müayinə edən həkim Hikmət Əliyevin bildirdiyinə görə, daxil olarkən hər iki xəstənin vəziyyəti ağır olub:

"Qızın vəziyyəti çox ağır olub. Açıq kəllə-beyin travması diaqnozu ilə daxil olub. Aparılmış müdaxilələrə baxmayaraq, Samirə Miriyeva dünyasını dəyişib. Ana Humay Qarayeva isə hazırda reanimasiyada intensiv müalicə alır. Həddən artıq ağır vəziyyədə daxil olub. Hazırda huşu aydındır. Amma hadisələri xatırlaya bilmir".

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv