Təmir üçün dama çıxdı, ayağı sürüşüb yıxıldı - LƏNKƏRANDA BƏDBƏXT HADİSƏ
Lənkəranda evinin damını təmir etmək istəyən kişi oradan yıxılaraq xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Osaküçə kəndində, 44 yaşlı Valeh Cəfərovun yaşadığı ikimərtəbəli evdə baş verib.
V.Cəfərov təmir işləri ilə əlaqədar yaşadığı evin damına çıxıb. Damda təmir işi görərkən ehtiyatsızlıqdan ayağı sürüşüb və oradan yıxılıb. Müxdəlif sınıq xəsarətləri alan V.Cəfərov qohumlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun əsasən sağ qolunda və döş fəqərəsində sınıqlar aşkar edib.
V.Cəfərovun vəziyyəti hazırda orta ağır kimi qiymətləndirilir.