Suriyanın şimalında PYD dinc əhalini raket atəşinə tutub

PYD və PKK-nın Türkiyə-Suriya sərhədindəki Afrin qəsəbəsindəki dislokasiya bölgəsindən Azezdə dinc əhalinin məskunlaşdığı bölgəyə raket hücumu həyata keçirilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gecəki hücum nəticəsində ölən və yaralanan olmasa da bölgədəki evlərə ciddi ziyan dəyib.

 

Buna cavab olaraq, sərhəd zonasında yerləşən mövqelərinə artilleriyadan atəş açılıb.

 

Qeyd edək ki, sözü gedən terror qruplaşmaları vaxtaşırı sözü gedən bölgəyə hücum təşkil edir.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov