Şəhərə YARASA HÜCUMU - UNİKAL KADRLAR
Avstraliyanın Çartes Tauers şəhəri yarasaların hücumuna məruz qalıb. Şəhərin bələdiyyə heyəti yarasaları bölgədən uzaqlaşdırmaq üçün səs bombaları istifadə edərək dərmanlama aparır.
Bələdiyyə rəsmiləri şəhərdəki parkın çevrəsindən aralamayan təxminən 80 min yarasanı qorxutmaqla qova bilmədiklərini bildirib. Şəhər sakinləri yarasaların tək problemi çıxardıqları səs olmadığını, bu heyvanların evə girməklərindən də qorxduqlarını deyirlər.
Bundan başqa, yarasaların ətrafı quş zılına bürüdüyü də problemə çevrilib. Bu səbəbdən şəhəri pis qoxu bürüyüb.
APA TV-nin məlumatına görə, heyvan haqları müdafiəçiləri isə yarasaların bölgədən uzaqlaşdırılması üçün istifadə edilən vasitələrin bala yarasaların həyatı üçün təhlükə törədə bilər. Çünki onlar uça bilmir, yerə düşüb məhv olur.
Bələdiyyə rəsmləri qarşıdakı 10 gün ərzində helikopter də daxil olmaqla fərqli üsullarla ayarasaları bölgədən uzaqlaşdırmağa çalışacaqlar.