Zoopark əməkdaşı 9 şir balasını öldürüb - ARTIQ XƏRC ÇƏKİLMƏSİN DEYƏ
İsveçdə 9 şir balası artıq xərc çəkilməsin deyə öldürülüb.
APA TV-nin məlumatına görə, Boras şəhərində yerləşən zooparkda 13 şir balasından doqquzunun maliyyə çatışmazlığı səbəbindən öldürüldüyü ortaya çıxıb.
Bo adlı zoopark əməkdaşı 2012-ci ildən bu yana 13 balanın doğulduğunu, onlardan ikisinin təbii səbəblərdən öldüyünü deyib. O, 9 şir balasını isə özü öldürüb. Balalardan yalnız ikisinin yaşamağına imkan verilib.
Xəbərin yayılmasından sonra ölkədəki heyvan haqları müdafiəçilərinin etirazları başlayıb.