Ermənilər Ağdamın kəndini atəşə tutub - GÜLLƏ TRAKTORA DƏYİB

Ermənistan ordusu Ağdam rayonunun kəndini atəşə tutub.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, ötən gün səhər 10:30 radələrində erməni silahlı bölmələri Ağdamın Mirəşelli kəndini atəşə tutub.

 

Nəticədə kənd sakini Məmmədov Elman Mütəllim oğluna məxsus "T-28" markalı traktora ziyan dəyib. Düşmən ordusu Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv