Bakıda keçmiş məhkum silah satmaq istərkən tutuldu
Bakıda keçmiş məhkumdan silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.
25-ci Polis Bölməsinin rəisi Elmir Hüseynovun sözlərinə görə, həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Hikmət Vəli oğlu Babayev saxlanılıb. Üzərinə baxış keçirilən zamanı sandıqçasında 3 ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.