Biləsuvarın buzlu yollarında 2 avtomobil toqquşub - YARALILAR VAR

Yolların buz bağlaması Biləsuvarda yol qəzasına şərait yaradıb. APA TV-nin məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Avtoqəza zamanı "Hyundai" və "Great Wall" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər xəsarət alıb. İki nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzaya səbəb kimi yolların buz bağlaması göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı