Gəncədə avtomobilin vurduğu ahıl qadın xəstəxanada öldü
Gəncədə ahıl qadını avtomobil vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Hadisə zamanı minik avtomobili yolu keçmək istəyən 70-75 yaşlarında Gülbəsti Cabbarovanı vurub. Xəsarətləri ağır olan yaşlı qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.