Madaqaskarda güclü qasırğa: 51 nəfər öldü, 22 nəfər itkindir

Madaqaskarda "Ava" qasırğası 51 nəfərin ölümünə səbəb olub.

 

APA TV-nin "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, təbii fəlakət zamanı 22 nəfər itkin düşüb.

 

Təbii fəlakət təxminən 160 min insana zərər vurub, 54 min insan təxliyə edilib.

 

"Ava" tropik qasırğası Madaqaskar üzərindən yanvarın 8-də keçib. Küləyin surəti bəzi ərazilərdə saatda 140-190 km təşkil edib.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd