Liviyada beynəlxalq aeroporta hücum: 20 nəfər qətlə yetirildi, 60 yaralı var

Liviyada silahlı qruplaşmanın üzvləri beynəlxalq hava limanına hücum edib.

 

APA TV-nin "Sky News Arabia" telekanalına istinadən məlumatına görə, Tripolidə "Mitiqa" beynəlxalq hava limanına hücum zamanı azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb.

 

Hava limanında Milli barışıq hökumətinə loyal iki qruplaşma arasında toqquşma baş verib. İnsidentin səbəbləri hələ ki, açıqlanmır.

 

Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq hökuməti isə Tripolidə yerləşir. 

 

 
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov