Lənkəran-Lerik yolunda maşın dərəyə aşdı - 5 YARALI

Lənkəran-Lerik yolunda avtomobil yoldan çıxaraq dərəyə aşıb, 5 nəfər xəsarət alıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 6:00 radələrində Lerik-Lənkəran yolunun Hamarmeşə kəndindən keçən hissəsində baş verib.

 

Teymur Zərbiyevin idarə etdiyi minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar kənd sakinlərinin köməyi ilə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xəsarət alanlar Lerik rayon sakinləri - 64 yaşlı Nurxan Zərbiyev, 40 yaşlı Teymur Zərbiyev, 40 yaşlı Şəhla Zərbiyeva, 58 yaşlı Aygün Kişiyeva və 31 yaşlı Adoğlan Kişiyevdir. Hadisəyə ilkin səbəb kimi sürücünün yuxulu olması və yolun buz bağlaması göstərilir. 

 

Faktla bağlı araşdırmalara başlanıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd