Neft 3 ilin rekordunu yenilədi: "Brent" 70 dolları keçdi

Xam neft bazarında qiymətlər sutka ərzində bahalaşdıqdan sonra yenidən ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, 70 dollar həddini keçərək 70,28 dollara satılan "Brent" markalı neft hazırda 70 dollardan satılır. Bu markadan olan neft son 3 ildə ilk dəfə 70 dollardan baha satılıb. WTİ nefti də bahalaşdıqdan sonra yenidən ucuzlaşaraq 64,52 dollardan təklif olunur.

 

ABŞ-da ehtiyatların azalması və OPEK və bir neçə qeyri-kartel ölkəsinin istehsalı azaltmaqla bağlı razılaşmanı cari ilin sonuna kimi uzatması öz təsirini göstərir. Bununla belə qiymətlərin yüksəlməsi ABŞ-da neft hasilatının artmasına təkan verir. Çünki qiymətlər Qərbi Texas neftinin istehsalının artırılması üçün olduqca əlverişli şərait yaradıb. Qaya neftinin istehsalı üçün qiymətlərin minimum səviyyəsi 50 dollar olmalıdır. Ötən gün ABŞ-da fəal neft quyularının sayı artıb. Quyuların artması istehsalın artmasına təkan verəcək. İstehsal artdıqca isə qiymətlər düşəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı