Antverpendə binada partlayış olub - DAĞINTILAR ALTINDA İNSANLAR QALIB

Belçikanın Antverpen şəhərində binada partlayış baş verib. APA TV-nin məlumatına görə, bu barədə "İndependent" məlumat verib.

Hadisəyə məişət qazının partlaması səbəb olub. Partlayış baş verən tikili tamamilə dağılıb, ona bitişik daha iki yaşayış binasına ciddi ziyan dəyib.

Partlayış nəticəsində dağıntılar altından 4 nəfər çıxarılıb, daha 3 nəfər itkin düşmüş hesab edilir. Ümumilikdə xəsarət alanların sayı 14 nəfərə çatıb, onlardan birinin vəziyyəti kritikdir. Ölənlərin olması da istisna edilmir.

 
Polis hadisənin terrorla əlaqəli olmadığını bəyan edib. 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli