Bərdədə 6 yaşlı qızı yanğında ölən ana xəstəxanada vəfat etdi

Bərdədə azyaşlının ölümü ilə nəticələnən yanğında xəsarət alan ana xəstəxanada ölüb.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, yanvarın 15-də saat 08.00 radələrində Bərdə rayonunun Güloğlular kəndində Xəyyam Novruzovun evində baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alan gəlini, 1991-ci il təvəllüdlü Zümrüd Sirac qızı Novruzova xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

 

Qeyd edək ki, yanğın söndürüldükdən sonra evdə X.Novruzovun nəvəsi, 2012-ci il təvəllüdlü Novruzova Rüqayə Samir qızının yanmış meyiti tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd