Təyyarəni İLDIRIM VURDU
Türkiyədən İran və Ukraynaya uçan təyyarələri ildırım vurub . “Türk Hava Yolları” aviaşirkətinin İstanbul-İsfahan səfərini yerinə yetirən Atatürk hava limanından qalxan “Boeing 737-800” tipli sərnişin təyyarəsini qısa müddət sonra ildırım vurub. Kapitan təyyarəni eniş üçün Ankaraya istiqamətləndirib. Təyyarə saat 09:25 radələrində Ankaranın Esenboğa hava limanına enib. Oradakı 79 sərnişin başqa bir təyyarə ilə İsfahana yola salınıb.
APA TV-nin xəbərinə görə, İstanbulun Sabiha Gökçen hava limanından qalxan və Ukraynanın Xarkov şəhərinə uçan təyyarəni də ildırım vurub. “Pegasus” aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına geri dönməli olub. Təyyarənin burun hissəsinə zərər dəyib. Təyyarə texniki yoxlanışa göndərilib. Sərnişinlərin başqa bir təyyarə ilə Xarkova gedəcəyi bildirilib.