Trampdan Ankaraya sürpriz zəng, amma Ərdoğana deyil - İRANA DİQQƏT EDİN
ABŞ prezidenti Donald Tramp Qətər əmiri Şeyx Əl Taniyə zəng edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağ Ev rəhbərinin telefon zəngi əmirin Ankara səfəri zamanı baş tutub.
Tramp Əl Tani ilə ötən gün onu sərt tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra əlaqə saxlayıb.
Əl Tani Qətərlə Birləşmir Ərəb Əmirlikləri (BƏƏ) arasında son 48 saatda yaşanan gərginlikdən dərhal sonra Türkiyəyə səfərə gəlib.
Qətər kral ailəsinin üzvü Şeyx Abdullah bin Əli Əl Taninin səfər etdiyi BƏƏ-dən çıxmasına icazə verilmədiyi iddia edilib. O, Abu Dabi vəliəhdi şahzadə Şeyx Muhammed bin Zayid Əl Nahyanın göstərişi ilə saxlanıldığını bildirib. BƏƏ isə bu iddianı rədd edib. Növbəti iddia isə Abu Dabidən səsləndirilib. Bu dəfə BƏƏ Qətəri ölkəyə aid iki sərnişin təyyarəsinə saxlamaqda günahlandırıb.
Trampın Qətər əmirinə zəngi bu gərginliyin ardın baş verib. Telefon danışığı barədə Ağ Evdən açıqlama verilib. Açıqlamada Trampın əmirə "regional təhdidlərlə mübarizə üçün daha güclü birləşmiş Körfəz İşbirliyi Şurasını dəstəklədiyini" dediyi bildirilir. Ayrıca açıqlamada iki liderin "təhlükəli İran təsirinə" qarşı ABŞ və Qətərin əməkdaşlıq imkanlarını müzakirə etdikləri qeyd olunub.
Bu diplomatik ifadələr, Trampdan Qətər əmirinə "Ərəblər arası münaqişəni buraxın, İranla mübarizəyə diqqət edin" mesajı olaraq yozulub.