59 yaşlı Salyan sakini satmaq istədiyi narkotik vasitə ilə tutuldu

Salyanda narkotik vasitə alverçisi tutulub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin əməliyyatçıları bir müddət imiş ki, həmin şəxsin izinə düşübmüş.

Əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Salyan sakini, 1959-cu il təvəllüdlü Məmmədov İbrahim Oqtay oğlunun əvvəllər də məhkumluğu olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən İ.Məmmədov Salyan RPŞ-yə gətirilib və orada onun üzərinə baxış keçirilib. Bu zaman isə ondan 1 ədəd kibrit qutusunda və 9 ədəd sellofan bükümdə ümumi çəkisi 25 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv