Xudatda TIR minik maşını ilə toqquşub - ÖLƏN VƏ YARALANAN VAR
Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, "Volvo" markalı qoşqulu yük maşını ilə "Jiquli"nin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir nəfər isə yaralanıb.
Məlumata görə, Xudat sakinləri, 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğlu ağır xəsarətlərlə Xudat şəhər Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin göstərdiyi tibbi yardımlara rəğmən, onlardan 21 yaşlı A.Qəmrayev xəstəxanada keçinib.