BMT-nin baş katibi: "Qarabağ problemi ilə bağlı vasitəçilik təşəbbüsləri canlandırılmalıdır"

"Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanıdakı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır".

 

APA TV-nin BMT-nin saytına istinadən verdiyi məlumata görə, bu sözləri BMT-nin baş katibi Antonio Qutyerres keçirdiyi brifinqdə deyib.

 

BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. O, Myanmarda qaçqın probleminə toxunaraq Banqladeşə sığınanlara dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

 

İsrail-Fələstin münaqişəsindən bəhs edən A.Qutyerresin sözlərinə görə, bu problem ancaq iki dövlətin yaradılması əsasında həll edilə bilər, başqa alternativ yoxdur.

 

Müəllif | Apa.Tv
Apa.tv