"Bitcoin" gözləntiləri doğrultmur - KƏSKİN UCUZLAŞMA
Son 24 saatda "Bitcoin"in kursu 25,1 faiz dəyər itirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda bu kriptovalyutanın birja dəyəri 10,5 min dollar təşkil edir.
Xatırladaq ki, kriptovalyutanın yaradılması konsepsiyası 2008-ci ildə açıqlansa da "Bitcoin" son dövrlərdə populyarlıq qazanıb.
Hazırda kriptovalyutanın çox hissəsi alındığından, bazarda "Bitcoin"lərin sayı məhduddur.