Türkiyədə hərbi təyyarə qəzaya uğradı - 3 ÖLÜ

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.

 

APA TV-nin Türkiyə  mətbuatına istinadən xəbərinə görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib.

 

CASA tipli “CN 235” hərbi nəqliyyat təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb. İsparta valisi Şehmus Günaydın təyyarədə olan 3 hərbçinin həlak olduğunu bildirib. Onlardan ikisi pilot, biri texnikdir.

 

Qəzanın səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı