Azərbaycanlı müğənni qayınanasını məhkəmə ilə hədələdi

Bir zamanlar rəqqasə kimi məşhurlaşan, hazırda isə müğənni kimi çalışan Sevda Sanəliyevanın APA TV-də səsləndirdiyi bu açıqlama bir həftədir ki, şou gündəmini zəbt edib: "Ailə dağıtmamışam, subay insanla ailə qurmuşam”.

 

APA TV-nin məlumatına görə, onun şəxsi həyatı haqqında səsləndirdiyi bu fikirlər qayınanasının ürəyincə olmayıb. Elə həmin gün o, sosial şəbəkə vasitəsilə gəlininin ünvanına xoşagəlməz fikirlər səsləndirib: “Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O, özü də deyib ki, Sevdanı aldadıb atacam. Onun səs yazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün, onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam”.

 

Elə bundan sonra qarşılıqlı ittihamlar səsləndi. Sevda Sanəliyeva da qayınanasına elə sosial şəbəkə vasitəsilə cavab verdi: “Sənə nifrət edirəm. Bu dünyada da, o dünyada da iki əlim yaxandadır. Ölmüş anama söydüyün üçün məndən yalvara-yalvara üzr istəyəndə, sənin üzrünü qəbul etməmişdim, sən demə, düz etmişəm. Böyüklük məndə qalsın. Əgər bir də mən səndən təhqir eşitsəm, hədə-qorxu gəlsən, düşünmədən səni məhkəməyə verəcəm. Sabah ilk işim isə uşaqlarımın və özümün, evimin təhlükəsizliyini qorumaq üçün ərizə ilə lazımi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin və mənim başıma nə isə gəlsə, müsahibələrindəki hədə-qorxu dolu sözlərini sübut kimi təqdim edəcəm. Yoldaşımın özü məni məcbur edir ki, daha bəsdir, bu təhqirlərə susma, üzünə baxmağa utanıram. Oğlu anasının sizin bilmədiyiniz küçə söyüşlərinə şahid olur, şoka düşür. Nə nəslimiz, nə də gorumuz qaldı. Oğlu ancaq üzrxahlıq edir”.

 

Amma məsələ bununla da bitməyib. Bu gün mətbuat konfransı keçirən müğənni xəbərdarlıq edib ki, əgər qayınanası susmasa, onu hüquqi müstəvidə cəza gözləyir: “Mənə pis baxdılar. "Qayınanasını məhkəməyə verən gəlin" dedilər. Axı bilmirdilər ki, mən nəyə görə məhkəməyə verə bilərəm? Bu, mənə də xoş deyil. Ən azından uşaqlarımın nənəsidir. Ona görə məhkəməyə verə bilərəm ki, mənə olan təhqirlərdən keçib. Bu günə qədər məhkəməyə yoldaşıma görə müraciət etməmişəm. Onun pis olmağını istəmirəm”.

 

Jurnalistlərin “barışıq mümkündürmü?” sualına müğənni belə cavab verib: “Mən də bir ananın övladıyam. Mənim anamın goru, kəfəni, baş daşı söyülürsə, nə etməliyəm? Döyməliyəm? Söyməliyəm? Mən bunları bacarmıram. Həyasızlığım olsa, bunlar başıma gəlməz. Mən anamı, balalarımı təhqir edən insanlarla barışmaram. Heç vaxt barışmaram”.

 

Müğənninin vəkili Asif Abdullayev bildirib ki, qanunvericilikdə internet resurslarında təhqirə görə cinayət məsuliyyəti də nəzərdə tutulur, mülki məsuliyyət də.

 

Bu qovğanın necə nəticələnəcəyini isə zaman göstərəcək.

Müəllif | Apa.Tv
Nigar Həsənli