YAP Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirib - ANIM
Yeni Azərbaycan Partiyası Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri təşkil edib. Tədbirdə çıxış edən baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov Heydər Əliyev barədə xatirələrini bölüşüb. O qeyd edib ki, Azərbaycan xalqının Heydər Əliyev kimi lider yetişdirməsi fenomenal hadisədir. Heç bir xalq milli qürur mənbəyinə çevrilmiş övladını unutmaz.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə Heydər Əliyevin Azərbaycana xidmətlərindən, birgə fəaliyyətlərindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqının milli düşüncəsinin tərkib hissəsi, Azərbaycanın inkişafına işıq saçan əbədi bir mayakdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digərləri ümummilli liderin Azərbaycan xalqı qarşısında əvəzedilməz xidmətlərindən, bütün region və dünya üçün tarixi qərarlarından bəhs ediblər.
Hakim partiyanın rəhbərliyi, partiyada təmsil olunan dövlət və hökumət rəsmiləri, deputatlar, gənclər təşkilatları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar