21 yaşlı oğlanı qız söhbəti üstündə bıçaqladılar

Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Əliyev Ziyadxan İbrahim oğlu bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan gəncin vəziyyəti ağır olsa da, stabil qiymətləndirilir.

Məlumata görə, 21 yaşlı Z.Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və bıçaq xəsarətləri alıb.

Faktla bağlı Nəsimi RPİ-də istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv