Tovuzda iki yeniyetməni avtomobillə vuran sürücü qaçıb
Tovuz rayonunda ağır yol nəqliyyat hadisəsi olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Qovlar şəhəri ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada - 2002-ci il təvəllüdlü Tapdıq Axundov və 2005-ci təvəllüdlü Emin Adıgözəlovu vurub.
Xəsarət alan yeniyetmələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Adıgözəlovun vəziyyəti orta-ağır, T.Axundovun vəziyyəti isə normaldır.
Məlumata görə, hadisə həmin yeniyetmələrin evlərinin qarşısında olub. Onları vuran avtomobilin sürücüsü isə ərazidən qaçıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.