"İkarus" faciəsi: 52 nəfər diri-diri yandı - HADİSƏ YERİNDƏN
Qazaxıstanın Aktubinsk vilayətində içərisi sərnişinlə dolu "İkarus" markalı avtobus hərəkətdə olarkən alışıb.
APA TV-nin məlumatına görə, hadisə nəticəsində yalnız 5 nəfər xilas ola bilib, 52 nəfər isə faciəli şəkildə ölüb.
Məlumat ölkənin Fövqəladə Hallar Komitəsindən təsdiqlənib.
Hadisə İrqiz rayonunda, Samara-Şımkənd magistralının 1068-ci kilometrliyində qeydə alınıb. Avtobusda iki sürücü, 55 sərnişin olub. Onların kimliyi və hansı ölkənin vətəndaşları olduğu araşdırılır.