Şimali və Cənubi Koreya vahid bayraq altında təmsil olunacaq - TARİXİ QƏRAR

Şimali və Cənubi Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarına vahid bayraq altında çıxacağı ilə bağlı qərar qəbul edilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bundan əlavə oyunlarda iki ölkənin qadınlardan ibarət birgə hokkey komandası iştirak edəcək.

 

Şimali Koreyanı oyunlarda 550 nümayəndə təmsil edəcək. Onların sırasına azarkeşlər, rəqqaslar və taekvondoçular daxil olacaq.

Xatırladaq ki, bir müddət öncə Cənubi və Şimali Koreya təmsilçiləri arasında görüş baş tutub. Tərəflər sərhəddə gərginliyi azaltmaq üçün hərbi kanallarla danışıqlar aparılması, eləcə də hərbiləşdirilmiş rabitə xəttinin bərpası, həmçinin Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı məsələlər barədə razılaşıblar. 


 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli