Türkiyə səfiri: "20 Yanvar Azərbaycanda müstəqillik düşüncəsini alovlandırdı"

Türkiyənin "İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma  Dərnəyi"nin Azərbaycandakı nümayəndəliyi, Gəncliyə Yardım Fondu və 20 Yanvar Fondunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilib. 

 

APA TV-nin xəbərinə görə, tədbirdə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 Yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini alovlandırdığını deyib.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.

 

Görüşün sonunda 180 şəhid ailəsinə və əlilə ərzaq yardımı paylanılıb.

 

Müəllif | Apa.Tv