Mingəçevirdə zəncirvari qəza: 1 ölü, 3 yaralı

Mingəçevir şəhərində zəncirvari yol qəzası olub. APA TV-nin məlumatına görə, avtoqəza zamanı bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

H.Əliyev prospektində qeydə alınmış hadisədə "VAZ 2107", "VAZ 21099" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 21099" markalı avtomobildə olan sərnişin, Ağdam rayonundan olan məcburi köçkün, 1933-cü il təvəllüdlü Məmmədov Qənbər Firudin oğlu hadisə yerində dünyasını dəyişib. Həmçinin yol qəzası nəticəsində 3 nəfər də ağır bədən xəsarətləri alaraq Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri dəqiqləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv