İki azərbaycanlı qardaş yaralandı, rus öldü - RUSİYADA ATIŞMA

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, münaqişə şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.

Məlumata əsasən, öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.

Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıb. “İnfiniti” və “Lada Priora” markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.

Bəzi məlumatlara görə, hücum edən şəxslər artıq saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv