"Elmed"in direktoru: "ELÇİN ƏLİBƏYLİ NƏ DANIŞIR, DANIŞSIN"...
Tanınmış teleaparıcı Elçin Əlibəylini dələduzluqda ittiham edən “ElMed” klinikasının direktoru Ramil Quliyev teleaparıcı Elçin Əlibəyliyə pul vermələrinə dair əsaslı sübutunun olduğunu bildirib. APA TV-yə açıqlama verən direktor bunları deyib: "Hələlik gözləyirik ki, müəyyən məsələləri onu aydınlaşdıraq. Bu haqda mətbuata məlumat verəcəyik. O adam məlumat verir, bizə aidiyyatı yxodur. O, çox söz deyə bilər. Nə danışır, danışsın, öz haqqıdır. Ancaq qanunvericilik var. Qanunvericilik qarşısında o da cavabdehdir, biz də. Dediyimiz sözlərin də məsuliyyətini daşıyırıq".
Tanınmış teleaparıcı dələduzluqda ittiham olunur. Bakıda fəaliyyət göstərən "ElMed" tibbi klinikanın rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb.
Araşdırma nəticəsində E. Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib.
Hələlik fakt üzrə cinayət işi başlanmayıb.