ABŞ-da istehsal artır, ehtiyatlar azalır - NEFT UCUZLAŞMAĞA BAŞLADI

Dünya neft bazarında xam neftin qiymətləri kəskin ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neft 68,65 dollara təklif olunur. Bu marka ötən gün 69,45 dollardan satılırdı. Qərbi Texas nefti də ciddi dəyər itirib. WTİ nefti 1 dollara qədər ucuzlaşaraq 63,17 dollardan təklif olunur.

 

Qiymətlərin düşməsinə əsas təsir edən amil ABŞ-da neft istehsalının sürətlə artmasıdır. Bu artım ölkədə ehtiyatların azalmasının təsirini də azaldır. ABŞ-ın neft bazarına təsirini qiymətlərdə də görmək olur. "Brent" nefti 80 sent ucuzlaşıb, Qərbi Texas nefti isə 1 dollar.

 

Mütəxəssislər qiymətlərin baha olmasının sərmayənin yenidən güclü şəkildə ABŞ qaya neftinə yönəlməsinə və bunun istehsalın artmasına səbəb olacağını bildirir. İstehsalın artmasının isə qiymətləri ucuzlaşdıracağı şübhəsizdir.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı