Ermənistan iqtidarının prezidentliyə namizədi məlum oldu - AD DƏYİŞİR, SOYAD YOX

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

 

APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan olacaq.

 

A.Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir. O, 1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.

 

Hazırkı prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir. Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.

 

Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov