Siyavuş Novruzov: “Ukraynada baş verənlər Azərbaycanda təkrar oluna bilməz”

“Hansısa ölkədə baş verən hadisə Azərbaycanda təkrar oluna bilməz”.

APA TV-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib: “Azərbaycan xalqı öz prezidentin dəstəkləyir. Xalqımız bir neçə ay öncə çox böyük səs çoxluğu ilə öz prezidentin seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur”.

 

Hakim partiyanın rəsmisi müxalifətlə iqtidar arasında dialoq məsələsinə də toxunub: "Müxalifət bir səpkili deyil, müxalifətin müxtəlif qanadları var. Kimsə burada özünü kənara çəkib dialoqda iştirak etmir, amma parlamentdə təmsil olunan digər siyasi partiyalarla dialoq var".

 

O qeyd edib ki, Milli Şura Azərbaycan xalqının maraqları ilə deyil, ayrı-ayrı qurumların, ayrı-ayrı varlı adamların iradəsinin ifadəsi ilə fəaliyyət göstərən qurumdur.

 

Müəllif | Apa.Tv