Əsgərimiz şəhid oldu

Azərbaycan Ordusunun hərbçisi şəhid olub. APA-nın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İbrahim Möhsüm oğlu Mənəfov şəhid olub.

 

Nazirliyin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd