Ağsaqqallar Şurasının üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

 
APA TV-nin məlumatına görə, Şura üzvləri şəhid məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

 

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı örnəyidir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etiraz etdi, öz xalqı ilə həmrəylik nümayiş etdirdi. Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin layiqincə qiymətləndirilməsi yolunda böyük addımlar atdı".

 

F.Heydərov xalqımızın 20 Yanvar şəhidlərini heç zaman unutmayacağını da qeyd edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova