Salyan sakinindən 3 kq-dan çox narkotik vasitə aşkarlanıb

Salyan rayon sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əməliyyat tədbirləri Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən reallaşdırılıb.

Keçirilmiş tədbirlər zamanı rayon sakini Şahbazov Rövşən Nurəddin oğlunun yaşadığı ünvana baxış keçirilib və oradan 3,175 kiloqram narkotik maddə sayılan qurudulmuş marixuana və 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

Rayon məhkəməsinin qərarı ilə R.Şahbazov barəsində artıq 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq araşdırmaları isə davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv