İrandan Rusiyaya tərəvəz daşıyan maşından külli miqdarda pul çıxdı

İrandan Rusiyaya qaçaq yolla külli miqdarda pul keçirmək istəyən şəxs saxlanılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, həmin şəxs Rusiya vətəndaşı olub və pulları gömrük bəyannaməsində qeyd etməyib.

İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına gül kələm aparan Rusiya Federasiyası vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo" markalı yük maşınına Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinəsindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əsginaslardan ibarət ümumilikdə 29 milyon 980 min rus rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv