Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsindən 28 il ötür. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu münasibətlə Şəhidlər Xiyabanını ziyarət edib.

 

Dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

 

Prezident "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.  
 

Müəllif | Apa.Tv
Apa.tv