Lavrov Türkiyənin bəyanatını təkzib etdi: "Rus hərbçilər geri çəkilmir"
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Sergey Lavrov verilən məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin hərbi əməliyyat keçirməyə hazırlaşdığı Suriyanın Afrin bölgəsində Rusiya hərbçilərinin geri çəkildiyinə dair məlumat yayılıb.
Rus diplomat həmçinin ABŞ Suriyada alternativ hakimiyyət orqanları yaratdığını da iddia edib: "ABŞ-ın Suriyanın böyük bir hissəsində alternativ hakimiyyət orqanları yaratması danılmaz faktdır. Bu, rəsmi Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərə ziddir, о сümlədən BMT Təhlükəsizlik Şurasında. Bu olduqca böyük narahatlıq doğuran tendensiyalardır. Reks Tillerson dəfələrlə mənə deyib ki, yeganə məqsəd İŞİD-i məğlub etməkdir. İndi isə planların daha geniş olduğu aydın olur".