Bakının mərkəzində yaşayış binasında güclü yanğın - HADİSƏ YERİNDƏN

Bakıda yaşayış binasında güclü yanğın olub.

 

APA TV-nin məlumatına görə, hadisə Səbail rayonunda, Neftçilər prospektinin "Azneft" meydanı yaxınlığında, dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, 12 yanğınsöndürən maşın, həmçinin təcili tibbi yardım maşını da cəlb olunub.

 

Sakinlər binadan təxliyə olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaratsa da yanğın söndürülüb. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250 kv.metr sahəsinin yandığını bildirib.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv