Afrin əməliyyatı başladı - PYD GERİ ÇƏKİLİR

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində PYD/YPG tərəfindən gözlənilən silahlı hücuma cavab verərək terrorçuların sığınacaqlarını vurub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Baş Qərargahdan terrorçuların mövqelərinin iki gündür vurulduğu bildirilib.

 

Açıqlamada Azez-Mare və bəzən də Menbiç ərazisindən zərbələrə qarşılıq verildiyi, buna baxmayaraq bölgədə bomba və minalardan təmizlənmə işləri aparıldığı qeyd olunur.

 

Bu arada Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri zirehli texnikadan istifadə etməklə əməliyyat keçirib. Hatay vilayətindən Baliyə kəndinə doğru hərəkət edən ASO-çuların hücumu nəticəsində PYD/YPG terrorçuları ağır itki verərək bölgəni tərk edib. Suriyada olan rus jurnalistlər bunu "türk ordusunun Afrin əməliyyatında ilk qələbəsi" kimi qiymətləndirib.

 

Bəzi mənbələr ASO döyüşçülərinin Azez və Maredən Afrinə doğru irəlilədiyini bildirir. Azezdən dünən əməliyyat bölgəsinə yeni birliklər göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv