Tovuzda yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi xəbərə görə, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü İbrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.