Axtarışda olan sevgililər istirahət mərkəzində tutuldu - NARKOTİKLƏ

Cinayət əməli törətdiklərinə görə axtarışda olan iki nəfər Masallı rayonu ərazisində narkotik vasitə ilə tutulub.

APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən istirahət mərkəzinin kotecində istirahət edən Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü rayonun Hişkədərə kənd sakini Feyzullayev Namiq İmamverdi oğlu və Azərbaycan Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Yarıyeva Elza Teymur qızı saxlanılıb.

N. Feyzullayevin üzərinə baxış keçirilən zaman 11.900 qram narkotik vasitə olan tiryək, həmin kotecdə olan dolabdan isə ona məxsus ümumi çəkisi 365 qram narkotik vasitə qurudulmuş marixuana, 0.293 qram psixotrop maddə metafetamin, 1.313 qram narkotik vasitə heroin aşkar olunub. Həmin kotecdə E. Yarıyevaya məxsus əl çantasından 1.396 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanıb, istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv