Saatlıda polis əməkdaşı bıçaqlandı
Azərbaycanda polis əməkdaşı bıçaqlanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1983-cü il təvəllüdlü Əvəz Ağamirzə oğlu Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
O, dərhal əməliyyata götürülüb, daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. Polis serjantını bıçaqlayan Saatlı rayon sakini Şöhrət Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.