Yas mərasimindən qayıdan ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı
Saatlıda yas mərasimindən qayıdan bir ailənin üzvləri qəzaya düşüblər.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Hacıqabul-Horadiz magistralında Saatlı rayonu Mollavazılı kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" markalı minik avtomobil “BMW” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106" markalı minik avtomobilində olan 63 yaşlı Əziz Sarxan oğlu Məmmədov ölüb.
Avtomobildə olan sərnişinlər - 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adıgözəlova Rəbiyyə Məmmədalı qızı ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F.Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N.Əsədov isə əməliyyat olunub.
Qeyd edək ki, "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər.