Ərdoğan: "Ermənilər qarşımıza çıxmağa cəsarət etmir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə,  Ərdoğan bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.

 

O, həmin hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 min sənədin olduğunu deyib: "Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Biz qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər arxivlərin açılması təklifimizi qəbul etməyiblər. Qarşımıza çıxmağa cəsarət etmədilər". 

 

Müəllif | Apa.Tv
Apa.tv