Ziyafət Əsgərov: "... həmin QHT-lər LƏĞV OLUNACAQ"

"Siyasi partiyalar və QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər Azərbaycan Konstitusiyasına tamamilə uyğun şəkildə edilir".

APA TV-nin xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, bəzi şəxslərin iddia etdiyi kimi, burada qeyri-adi heç bir hal yoxdur. Dəyişikliklərdən sonra göstərilən şərtlərə əməl etməyən QHT-lər qanuna müvafiq formada ya cəzalandırılacaq, ya da fəaliyyəti ləğv ediləcək. Parlamentin vitse-spikeri həmçinin parlament üzvlərinin aylıq maaşlarının qalxmasına da münasibət bildirib: "Əslində burada qeyri-adi heç bir şey görmürəm. Deputatların maaşında uzun müddət artım olmayıb, ona görə də artım edilməsi normaldır. Bu hadisəni nə iləsə əlaqələndirməyə cəhd edirlər, amma bunun heç bir mənası yoxdur”.

 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. Dəyişikliklə əlaqədar deputatlarında aylıq vəzifə maaşlarında avtomatik artım olacaq.

 

Müəllif | Apa.Tv