Suriya müxalifəti: Menbiç əməliyyatı başlanıb
Suriyalı müxaliflər Menbiç qəsəbəsinə hərbi əməliyyat başladığını elan edib.
APA TV-nin məlumatına görə, Azad Suriya Ordusuna bağlı birliklər Menbiçi nəzarətdə saxlayan PYD terrorçularından təmizləyəcək. Suriya Müvəqqəti Hökuməti tərəfindən yayılan yazılı açıqlamada əməliyyatın rəsmən başladığı bildirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Afrinin azad olunması üçün başlayan "Zeytun budağı" əməliyyatının iki günü tamam olub. Əməliyyat nəticəsində 10-dan artıq kənd azad olunub, yüzlərlə terrorçu öldürülüb, silah depoları, təlim mərkəzi məhv edilib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 21-də Afrinlə paralel Menbiçin də PYD terrorçularından təmizlənəcəyinin anonsunu verib.